Xəbər lenti

Rusiya 2030-a qədər NATO-ya hücum edə bilər - Alman kəşfiyyatı
Dünya 17:57 14.10.2024

Rusiya 2030-a qədər NATO-ya hücum edə bilər - Alman kəşfiyyatı

Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl hesab edir ki, Rusiya bu onilliyin sonundan gec olmayaraq NATO-ya hücum edə biləcək.

Qaynarinfo N-TV-yə istinadən xəbər verir ki, o, bunu Bundestaqın Parlament Nəzarət Komitəsində keçirilən dinləmələrdə deyib.

Kahl Rusiyadan birbaşa hərbi təhlükə görür.

"Ən gec bu onilliyin sonuna qədər Rusiya silahlı qüvvələri NATO-ya hücum etmək iqtidarında olacaq", - Almaniya kəşfiyyatının rəhbəri bildirib.

O qeyd edib ki, Kreml Almaniya Federativ Respublikanı düşmən kimi görür, Çünki Almaniya Rusiya Federasiyasının genişmiqyaslı işğalı başlayandan sonra Ukraynanı dəstəkləyən ikinci ən böyük ölkədir.

Onun sözlərinə görə, Almaniya Rusiya ilə "birbaşa münaqişədədir”.

Kahl əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin təkcə Ukraynadan deyil, həm də "yeni dünya düzəninin yaradılmasından” narahatdır. Eyni zamanda, Rusiya kəşfiyyat xidmətləri "heç bir peşmançılıq çəkmədən” getdikcə bütün vasitələrdən istifadə edir.

O, həmçinin qeyd edib ki, siyasətçilər Almaniya təhlükəsizlik xidmətlərini bu təhlükələrin qarşısını almaq üçün vasitə və səlahiyyətlərlə təmin etməlidirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->