Xəbər lenti

Rusiya ABŞ-la birbaşa toqquşma ilə bağlı xəbərdarlıq etdi
Dünya11:13 01.06.2022

Rusiya ABŞ-la birbaşa toqquşma ilə bağlı xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ABŞ-ın Ukraynanı orta mənzilli raket sistemləri ilə təmin etmək qərarını tənqid edib.
Qaynarinfo "The Guardian” qəzetinə istinadla bildirir ki, bu barədə Rusiya xarici işlər naziri müavini Sergey Ryabkov deyib.
"Reuters” xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "RİA Novosti” dövlət xəbər agentliyinə Moskvanın ABŞ-ın Ukraynaya hərbi yardımına "son dərəcə mənfi” baxdığını bildirib.
Ryabkov ABŞ-ın Ukraynaya qabaqcıl raket sistemləri və döyüş sursatları vermək qərarını son dərəcə mənfi qiymətləndirib və onun birbaşa qarşıdurma riskini artırdığını bildirib. 
"Qərarı "özünü məhdudlaşdırma” elementi kimi təqdim etmək cəhdləri faydasızdır. Birləşmiş Ştatların bir qrup dövlətin başında Kiyev rejimini məqsədyönlü şəkildə silahlarla təmin etməsi açıq-aşkardır”, - Ryabkov bildirib. 
Nurlan