2022-ci ilin sonuna qədər Rusiya avtomobil bazarında 60 markadan yalnız 14-ü qalıb.
Qaynarinfo xəbər verir ki, Rosbaltın Rusiya Avtomobil Dilerləri Assosiasiyasının məktubuna istinadən verdiyi məlumata görə, onlardan cəmi üçü rus, qalanları isə çin
avtomobilidir.
"Bu gün 2022-ci ilin sonunda yeni avtomobillər üzrə 60 markadan cəmi 14-ü bizim avtomobil bazarında qalıb. Onlardan üçü yerli brenddir. Lada, QAZ, UAZ. Qalanları çinindir - Chery, Geely, Haval, Jac, Faw, Dongfeng, Changan, Exeed, Gac, Foton, Omoda", - assosiasiyadan vurğulanıb.
Məktubda "milli miks (bazarda fəaliyyət göstərən milli brendlərin sayı) baxımından Rusiya avtomobil bazarının artıq 78%-ni çinlilər təşkil etdiyi bildirilib.
Hazırda demək olar ki, bütün Avropa, Amerika və Koreya brendləri Rusiya Federasiyasına avtomobillərin çatdırılmasını dayandırıb. Sənaye və Ticarət Nazirliyi də öz növbəsində onları paralel idxal siyahısına daxil edib. Belə ki, bu siyahıya bunlar daxildir: Volkswagen, Skoda, Toyota, Lexus, Nissan, BMW, Mercedes-Benz, Porsche, Lamborghini, Infiniti, Rolls-Royce, Jaguar, Land Rover, Ford, General Motors, Bugatti, Bentley, Jeep, Chrysler, Cadillac, Chevrolet, Dodge, Ferrari, Aston Martin.
Alpər