
21 yaşadək futbolçulardan millimizin (U-21) yer aldığı VII qrupda 2 oyun keçirilib.
Qaynar.info xəbər verir ki, Avstriya Farer adalarını 1:0 hesabı ilə məğlub edib. 2 dəfə U-21 millimizlə bacarmayan Rusiya isə yenə qələbə qazana bilməyib. Almaniya millisi rusları 2:0 hesabı ilə yenib. Bununla da Rusiyanın Azərbaycanla xalını eyniləşdirmək istəyi baş tutmayıb.
Qeyd edək ki, Azərbaycan millisi 8 oyundan sonra 7 xalla qrupda IV pillədədir. Rusiya isə 6 oyundan topladığı 4 xalla V sırada qərarlaşıb.
Qaynar.info