
Bəşər Əsədin kimyəvi silahların daşınması üçün Rusiyanın Suriyaya 75 yük maşını və hərbi texnika göndərdiyi bildirilib.
Qaynar.info xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Əsəd rejiminə aid kimyəvi silahların beynəlxalq razılaşma çərçivəsində ləğvinə yardım etmək üçün Moskvanın Suriyaya 50 yük və 25 hərbi texnika göndərdiyini deyib.
Rusiyanın göndərdiyi maşın və texnikalar kimyəvi silahların ləğvində istifadə olunacaq.
Şoyqu "Kamaz" və "Ural" markalı maşınların artıq Suriyanın liman şəhəri Lazkiyəyə göndərildiyini bildirib.
Qaynar.info