
Çeçenistan rəhbərliyi Əsəd rejiminə qarşı vuruşan Şimali Qafqazdan gedən mücahidlərlə döyüşmək üçün xüsusi təyinatlılar göndərəcək.
Qaynar.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin keçmiş işçisi Maykl Maalofun iddiasına görə, həmin xüsusi təyinatlıların köməyilə Suriyada təcrübə qazanan mücahidlərin Soçidə keçiriləcək Qış Olimpiadası üçün təhlükə törətmələrinin qarşısı alınacaq.
Maalof Suriyaya göndəriləcək xüsusi təyinatlılara ruslar tərəfindən təlim keçiriləcəyini bildirib.
Qeyd edək ki, çeçen mücahidlərinin lideri Doku Umarov bir müddət əvvəl Soçi Olimpiadasında terror törədəcəklərini demişdi.
Qaynar.info