Böyük Britaniyanın "The Telegraph" qəzetinin internet saytı Rusiyada baş prokurorun tələbi əsasında bloklanıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət rabitə tənzimləyicisi Roskomnadzor məlumat
yayıb.
TASS agentliyi tənzimləyiciyə istinadən bildirir ki, sayta giriş "Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı qeyri-dəqiq məlumat yaydığı aşkar edildikdən sonra məhdudlaşdırılıb”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Böyük Britaniyanı təmsil edən jurnalistlərin ölkəyə girişinə qadağa qoymuşdu.
Nurlan Hüseynov