Ukraynanın zenit sistemlərinin işləməsi Dneprdə yaşayış binasının girişinin uçmasına və raketin düşməsi nəticəsində insanların ölümünə səbəb olub.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dneprdə yaşayış binasının vurulmasına münasibət bildirərkən
deyib.
O, jurnalistlərə bildirib ki, Rusiya hərbçiləri Ukraynada yaşayış binalarına raket zərbələri endirmir və Dneprdə yaşayış binasının girişinə vurulan zərbə Ukrayna "hava hücumundan müdafiə raketinin işidir”.
Yanvarın 14-də axşam saatlarında baş verən partlayışdan sonra Dneprdə çoxmərtəbəli binanın girişi uçub. Bundan əvvəl bütün Ukraynada hava xəbərdarlığı elan edilib və səlahiyyətlilər hava hücumundan müdafiənin işi barədə məlumat veriblər. Ukrayna prezidenti Vladimir Zelenski daha sonra çökmə nəticəsində 30 nəfərin öldüyünü bildirib.
Alpər