Xəbər lenti

Rusiya Donetsk və Luqanskı özünə birləşdirməyə hazırlaşır
Dünya 14:40 03.05.2022

Rusiya Donetsk və Luqanskı özünə birləşdirməyə hazırlaşır

Rusiya Ukraynanın iki bölgəsini - Donetsk və Luqanskı ilhaq etməyi planlayır. 

Qaynarinfo "Alarabiya” saytına istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri bildirib.

"Ən son hesabatlara görə, biz o qənaətdəyik ki, Rusiya "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikası”nı Rusiyaya özünə çalışacaq”, deyə ABŞ-ın ATƏT-dəki səfiri Mişel Karpenter deyib.

Karpenter həmçinin bildirib ki, Rusiya Ukraynanın cənub-şərqində yerli rəsmiləri qaçırmağı və əhalini Rusiya rublundan istifadə etməyə məcbur etməyi planlayır. 

Mişel Karpenterin fikrincə, Rusiya eyni zamanda bölgədə saxta refendum keçirməyə hazırlaşır:

"Beynəlxalq birlik, mənim səfir kimi işlədiyim ATƏT nə bu cür refendumların, nə də əlavə Ukrayna ərazilərinin ilhaq cəhdlərinin qanuni olmayacağını açıq şəkildə bilirib”.

Amerikalı diplomat bundan əlavə Rusiyanın Ukraynanın Xerson ərazini də ilhaq etməyə çalışdığını bildirib. 

Nurlan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->