Rusiya XİN Ermənistana etiraz notasının verilməsi ilə bağlı xəbəri təkzib edib.
Qaynarinfo xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bir neçə milyon dollar dəyərində silah təchizatı üçün may ayında tender elan edib və Rusiyanın "Orsis" şirkəti tenderin qalibi olub. Daha sonra isə tender ləğv olunub və cinayət işi başlanıb.
Bu gün Rusiya XİN-in Ermənistana etiraz notası göndərilməsi barədə xəbərlər yayılıb. Nazirlik məsələ ilə bağlı açıqlama verərək etiraz notası yox, Ermənistan MN rəhbəri David Tonoyana məktub göndəriləcəyini açıqlayıb.
Gələcəkdə Ermənistanın diplomatik nümayəndəlikləri ilə məsələnin müzakirə baş tuta bilər.
Gülşən