Xəbər lenti

Rusiya Şərqə üz tutur (ŞƏRH)
Dünya09:59 07.09.2022

Rusiya Şərqə üz tutur (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Vladivostok şəhərində VII Şərq İqtisadi Forumu keçirilir. Forumda Asiyanı və MDB-nin bir sıra ölkələrini təmsil edən müxtəlif ranqlı nümayəndələr iştirak edir. 
Qeyd edək ki, Rusiya tərəfindən belə bir forum 2015-ci ildən üzü bəri hər il keçirilir. Həmin foruma Rusiyada bir sıra iqtisadçılar indiki durumda ölkələrinin Avrasiya potensialının reallaşması üçün fürsət kimi baxırlar. Belə bir forumu keçirməklə Kreml dünyaya, xüsusəndə Qərbə hansı mesajları verir? 
Ukrayna müharibəsi fonunda Qərblə Rusiya arasında münasibətlər olduqca gərgindir. Bu müstəvidə Qərb Rusiyaya ciddi sanksiyalar tətbiq edib. Həmin sanksiyalar fonunda Rusiya öz məhsulunun mühüm hissəsini dünyanın əsas bazarı olan Avropaya satmaq imkanından məhrum olub. Ona görə də indiki şəraitdə Moskva öz iqtisadi fəaliyyətini Şərqə doğru dıyişməyə məhkumdur. 
Sözügedən forum da bu mənada əslində Qərbə ünvanlanan mesajdır. Bununla Kreml Qərbə göstərmək istəyir ki, sanksiyalardan elə də ziyan çəkməyəcək, Rusiya ayaqdadır və bir müddətdən sonra sanksiyalara məruz qalan resurslarını Şərq ölkələri, xüsusən də Çin və Hindistana satacaq. Onun nəticəsidir ki, Şərq İqtisadi Forumunu təşkil etməklə indidən həmin bölgədə yeni alıcıları özünə cəlb etmək niyyəti güdür. Bu mənada, Kreml ideoloqları düşünür ki, belə toplantılar Şərq ölkələrinin inkişafına səbəb olacaq, məğlub tərəf yenə də Qərb olacaq. 
Rüfət Sultan