"Əslində bizim qaçqınların və məcburi köçkünlərin sayı ermənilərə nisbətən qat-qat çoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə görüşdə erməni qaçqınların Qarabağa qaytarılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Sabiq nazir qeyd edib ki, bu baxımdan onların azad olunan torpaqlara qayıtması üçün beynəlxalq qurumlardan dəstək lazım idi:
"Rəsmi olaraq belə bir məlumat yayılıb ki, qaçqınların qaydışı barəsində müzakirələr aparılıb. 10 noyabr bəyannaməsində bir bənd var ki, BMT-nin qaçqınlar üzrə komitəsi buna nəzarət edəcək. Bu baxımdan orada ümumiyyətlə, həm Azərbaycan, həm də erməni qaçqınlarının qayıtması barəsində məsələ müzakirə olunub. Bizdə o qədər daxili qaçqın var ki, onların azad olunan torpaqlara qayıdışının təşkili mütləq olmalıdır. Hesab edirəm ki, bu istiqamətdə də söhbət aparılıb”.
Tofiq Zülfüqarov müxtəlif yerlərdən bu və ya digər humanitar layihələrin gerçəkləşməsini vurğulayıb:
"Bu əsasən Rusiyaya aiddir. Əsasən erməni əhalisinə kömək məqsədi ilə işlər aparılır. Bizim bu qədər qaçqınlarımız ola-ola heç bir layihədə görməmişəm ki, həmin qaçqınların qaydışına kömək eləsin. Hesab edirəm ki, qeyri-obyektiv mövqedir”.
Bahar Rüstəmli