Xəbər lenti

Rusiya Gürcüstanda da dayaqlarını itirə bilər? (ŞƏRH)
Dünya 21:18 25.09.2023

Rusiya Gürcüstanda da dayaqlarını itirə bilər? (ŞƏRH)

"Daxili təlatüm şiddətlənsə, növbədənkənar seçkilər keçirilərsə, Ermənistanda olduğu kimi, Gürcüstanda da Rusiya öz dayaqlarını itərəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Gürcüstanda güclənən qarşıdurmanın mümkün nəticələrini dəyərləndirərkən deyib.

Taleh Əliyev bildirib ki, artıq Rusiya Cənubi Qafqazda mövqelərinin zəifləməsinin fərqindədir: 

"Ona görə də yenidən həm Ermənistanda Rusiyanın bilavasitə aktiv iştirakı ilə başlanan böhran, ardınca da Gürcüstanda yaşanan proseslər göstərir ki, bölgə uğrunda geosiyasi rəqabət yenidən özünün aktiv mərhələsinə qədəm qoyur. Bu mərhələdə Gürcüstanda yaşayan son hadisələrin də ciddi fəsadlarının olacağı qənaətindəyəm".


 
Politoloq qeyd edib ki, Gürcüstanda prezidentə qarşı impiçment məsələsi artıq baxış mərhələsindədir: 

"Ancaq Gürcüstan hökuməti prezidentə impiçment elan etmək üçün parlamentdə kifayət qədər səsə malik deyil. Yaranmış vəziyyətdə Gürcüstanda da daxili münaqişənin baş vermə ehtimalı qaçılmazdır. Amma bu qarşıdrma daxili faktorlarla deyil, daha çox geosiyasi rəqabətin təzahürü olaraq baş verəcək. Ermənistandan fərqli olaraq, mövcud iqtidarın timsalında hələlik Gürcüstanda Rusiya daha güclü görünür. Amma daxili təlatüm sürətlənsə, növbədənkənar seçkilər keçirilərsə, Ermənistanda olduğu kimi, Gürcüstanda da Rusiya öz dayaqlarını itərə bilər”.

Qeyd edək ki, hökumətin Gürcüstan prezidentinin impiçment məsələsini parlamentdə gündəmə gətirməsi bu ölkədə qarşıdurmanı xeyli dərəcədə kəskinləşdirib. Gürcü müxalifəti hökumət əleyhinə aksiyalara start verib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->