Xəbər lenti

Rusiya İranın polad bazarlarını da ələ keçirdi
Dünya07:30 23.07.2022

Rusiya İranın polad bazarlarını da ələ keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Polad Forumunun son hesabatı göstərir ki, İranın polad istehsalı bu ilin əvvəlində 12% artsa da, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra kəskin şəkildə azalıb.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.
Bu beynəlxalq təşkilatın cümə günü, iyulun 22-də açıqlanan statistikası göstərir ki, İran 2022-ci ilin ilk iki ayında polad istehsalında 12% artım əldə edib, lakin martdan sonra İranın istehsalı azalıb və ilin birinci yarısında İranın istehsalı 13,6 milyon ton polad olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% azdır.
Bundan əvvəl İranın Polad İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü Rza Şahraştani bununla bağlı "Şərq” qəzetinə demişdi ki, Rusiya öz poladına 15-20% endirim nəzərdə tutur və bu səbəbdən İran poladının böyük müştəriləri olan Çin, Əfqanıstan, Tailand və Cənubi Koreya lazım olan polad yükünü Rusiyadan sifariş ediblər.
Vurğulanır ki, indiyədək İranın neft, polad və hətta bitum bazarlarının Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı çoxlu xəbərlər dərc olunub.
Dünya Polad Forumunun statistikası göstərir ki, Rusiya İran bazarlarını ələ keçirsə də, Asiya bazarlarını Qərb bazarları ilə tam əvəz edə bilməyib.
Rusiyanın öz polad istehsalı iyun ayında 22% azalma göstərib. 2022-ci ilin birinci yarısında Rusiya polad istehsalı 7% azalma ilə 35,4 milyon tona çatıb.
M.Arif