Xəbər lenti

Rusiya istəsə, Baltikyanını işğal edər - İDDİA
Dünya15:40 04.07.2016

Rusiya istəsə, Baltikyanını işğal edər - İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Varşava sammitində NATO Rusiyaya Qərbin qətiyyətini nümayiş etdirəcək.

Axar.az xəbər verir ki, bu iddia ilə “Faynənşl Tayms” qəzeti çıxış edib. Qəzet Breksitdən sonra bu sammitin Qərbin birliyi üçün xüsusi önəm daşıdığını yazıb:

“Bu sammitdə NATO liderləri Polşa və Baltikyanı ölkələr dörd batalyonun göndərilməsi qərarını təsdiq edəcəklər. Bundan başqa Alyans şərq sərhədlərində tank və artilleriya da yerləşdirmək fikrindədir. Rusiya istəsə, bu batalyonları tez məhv edib, Baltikyanını işğal edər. Əslində, alyans bu addımı ilə Moskvaya siqnal verir ki, əgər bu ölkələrə girsə, alyansla genişmiqyaslı müharibə başlayacaq”.

Qeyd edək ki, Varşava sammiti iyulun 8-də keçiriləcək.

Qaynarinfo.az