Dünya 23:37 18.05.2022

Rusiya kəşfiyyatı fəallaşır - BfV xəbərdarlıq etdi

Rusiyanın Qərb texnologiyasından artan təcridinə görə, Rusiya kəşfiyyat orqanlarının Almaniyada yaşayan ruslara alman məlumatları və texnologiyalarına çıxış əldə etmək üçün təzyiqləri artırması riski var. 

Qaynarinfo xəbər verir ki, bu barədə Konstitusiyanın Müdafiəsi Federal İdarəsinin (Bundesamt für Verfassungsschutz, BfV) 17 mayda paylaşdığı məlumata bildirilir.

BfV xəbərdarlıq edir ki, Rusiya vətəndaşlığı olan sənaye və elmi işçilər xüsusi maraq doğurur. Rusiya xüsusi xidmət orqanları onlarla ilk növbədə rusların əlaqə saxlamağa məcbur olduqları Almaniyadakı diplomatik nümayəndəliklər vasitəsilə və ya Rusiyaya səfər edərkən əlaqə saxlamaq imkanına malikdir.

Rusiyada qalan qohum və ya tanışlara təzyiqlər istisna edilmir: "Ümumiyyətlə, Rusiya xüsusi xidmət orqanları lazım gələrsə, hədə-qorxu və şantaj kimi üsullardan çəkinmir”.

Nizami Bağırov