Xəbər lenti

Rusiya kəşfiyyatında çəkişmə: Generallar istefaya göndərilir? - KİV
Dünya05:31 20.08.2024

Rusiya kəşfiyyatında çəkişmə: Generallar istefaya göndərilir? - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) daxilində "sərt çəkişmə" başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Vajnıye istorii" nəşri xüsusi xidmət orqanına yaxın mənbələrə istinadən yazır.
Jurnalistlərin fikrincə, FSB direktoru Aleksandr Bortnikov yaxın vaxtlarda vəzifəsini tərk edəcək, onun birinci müavini Sergey Korolyov və əks-kəşfiyyat xidmətinin rəhbəri Vladislav Menşikov vəzifədə yüksələ bilər.
Nəşr iddia edir ki, Rusiya müxalifətinin təqibinə və Rusiya lideri Vladimir Putinin siyasi rəqiblərinin qətlinə görə məsuliyyət daşıyan konstitusiya quruluşunun müdafiəsi xidmətinin rəhbəri Aleksey Sedov böyük ehtimalla tutduğu vəzifəni tərk edəcək.
"Həmçinin, Müdafiə Nazirliyinə yaxın nəşr mənbəsinə görə, Putin özünün keçmiş cangüdəni Aleksey Dyumini Kursk vilayətinin müdafiəsinə məsul təyin edib. Bu o deməkdir ki, Putin Baş Qərargaha etibar etmir və böhranlı vəziyyətdə o, yalnız şəxsən ona sadiq olanlara arxalanır", deyə mənbə iddia edir.
Nizami Bağırov