Xəbər lenti

Rusiya konsulluğu mühasirəyə alındı
Dünya06:06 11.06.2016

Rusiya konsulluğu mühasirəyə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın millətçi "Sağ Sektor" təşkilatının üzvləri Odessa şəhərindəki Rusiya Baş konsulluğunu mühasirəyə alıblar.

Qaynarinfo.az publika.az-a istinadən bildirir ki, bu haqda Odessa portalı "Taymer" bildirib.

Portalın məlumatına görə, diplomatik missiyada Rusiya Günü münasibətilə təntənəli qəbul olmalı idi. Ukrayna millətçiləri tədbirə gəlmək istəyənlərlə "tərbiyəvi iş" aparmağa qərar veriblər.

Portal bildirir ki, fəallar konsulluğun qarşısında saxlanılan avtomobildə anti-rus mahnıları səsləndiriblər. Bundan başqa, onlar özləri ilə gətirdiyi peyini konsulluq binasına atmağı planlaşdırırdılar, amma polislər bu etməyə icazə verməyiblər.

Qaynarinfo.az