Xəbər lenti

Rusiya mətbuatı millimizdən ehtiyatlanır
İdman05:17 11.10.2013

Rusiya mətbuatı millimizdən ehtiyatlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya mətbuatı DÇ-2014-ün seçmə mərhələsinin oyunlarını müzakirə etməkdən doymur.

“Moskovskiye novosti”də yazılanları oxumağa dəyər: “Sentyabrda Lüksembur Şimali İrlandiya üzərində qələbə qazanaraq, son 2 ildə rəsmi matçlarda ilk zəfərini gerçəkləşdirdi. Hazırda yalnız bir komandanın qələbə qrafasında sıfır yazılıb. Bu Azərbaycandı. Məğrur zaqafqaziya respublikasını işlərin belə getməsi sevindirə bilməz. Durumu düzəltmək üçün onlara bir zaçot balı da bəs edər.

Amma Azərbaycan Şimali İrlandiya kimi Rusiya ilə də döyüşməyin əleyhinə deyil. Bunun nə ilə nəticələnə biləcəyini yaxşı xatırlayırıq. Axı ötən tsikldə meydanı sınaq poliqonuna çevirən Rusiya Bakıdan yalnız bərabərliklə dönməyi bacarmışdı”.

Qaynar.info