Xəbər lenti

Rusiya MN "Novoçerkassk" gəmisinin vurulmasını təsdiqlədi
Dünya08:44 26.12.2023

Rusiya MN "Novoçerkassk" gəmisinin vurulmasını təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Müdafiə Nazirliyi "Novoçerkassk” böyük desant gəmisinin Krımın Feodosiya limanında vurulmasını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gecə Feodosiya bazasında Ukrayna Silahlı Qüvvələrinin idarə olunan aviasiya raket hücumunu dəf edərkən böyük desant gəmisi "Novoçerkassk" zədələnib", deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
Xatırladaq ki, bu gecə, dekabrın 26-da Bakı vaxtı ilə saat 04:30 radələrində Ukrayna Hərbi Hava Qüvvələrinin taktiki aviasiyası Feodosiya rayonunda Rusiya Qara Dəniz Donanmasının "Novoçerkassk” böyüki desant gəmisinə qanadlı raketlərlə hücum edib. Daha sonra Feodosiya limanında güclü yanğın baş verib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk "Novoçerkassk” böyük desant gəmisinin məhv edildiyini təsdiqləyib.
Nizami Bağırov