Xəbər lenti

Rusiya müxalifət liderini qəsdən zəhərləyiblər? - Politoloq
Siyasət13:01 20.08.2020

Rusiya müxalifət liderini qəsdən zəhərləyiblər? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aşıq-aşkar zəhərləməklə müxalifət liderini neytallaşdırmaq Rusiya hakimiyyətinə güclü inamsızlıq yarada bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahioğlu Rusiyada müxalifət lideri Aleksey Navalnının qəsdən zəhərlənməsi ilə bağlı irəli sürülən iddiadan danışarkən deyib. Politoloqun sözlərinə görə, Aleksey Navalnı Rusiya Prezidenti Vladimir Putinin əsas rəqiblərindən biri sayılır:
 
"Düzdür, Navalnı sistemdən kənar müxalifətin əsas lideridir. Əlbəttə ki, onun neytallaşdırılması Rusiya hakimiyyətinə sərf edir. Amma açıq-aşkar zəhərləməklə müxalifət liderini neytallaşdırmaq Rusiya hakimiyyətinə güclü inamsızlıq yarada bilər”.
Elxan Şahinoğlu hesab edir ki, baş verənlərlə bağlı araşdırmaların nəticələrini gözləmək lazım gələcək.
Qeyd edək ki, Rusiyada müxalifət lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib. Onun mətbuat katibi Kira Yarmış öz Tvitter səhifəsində müxalifət liderinin başqa bir şəxs tərəfindən qəsdən zəhərləndiyini iddia edir. Onun sözlərinə görə, A. Navalnı səhər saatlarında ancaq bir stəkan çay içib.
Bahar Rüstəmli