Xəbər lenti

Rusiya ordusunda 1 milyard dollarlıq QALMAQAL
Dünya12:38 01.03.2013

Rusiya ordusunda 1 milyard dollarlıq QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Hava-Kosmos Müdafiə Birliyinin rəis müavini general Valeri İvanov Moskva vilayətində qeyri-qanuni ərazi əldə etməklə dövlətə 1 milyard dollar ziyan vurduğu üçün işdən qovulub. 

Qaynar.info-nun məlumatına görə, "Ria Novosti"yə açıqlama verən gizli hərbi mənbə İvanova qarşı cinayət işi açıldığı üçün vəzifəsindən uzaqlaşdırıldığını deyib. 

İvanovun 2010-2011-ci illər arasında Moskvanın şimalında hərbi ərazilərin modernləşdirilməsi adı altında özəl şirkətlərə icarəyə verilməsi ilə bağlı müqavilələr imzaladığı iddia olunur. 

Rusiya Daxili İşlər Nazirliyi ötən ilin dekabrında etdiyi xəbərdarlığında Müdafiə Nazirliyinin keçmiş və hazırda vəzifədə olan zabitlərinin Moskva vilayətində qanunsuz ərazini öz adlarına keçirdiklərini açıqlamışdı.

Qaynar.info