Xəbər lenti

Rusiya tarixində ən böyük media cəriməsi: pulu oxucular ödədi
Dünya14:26 20.11.2018

Rusiya tarixində ən böyük media cəriməsi: pulu oxucular ödədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın Tver Məhkəməsi "The New Times" jurnalını 22,25 milyon rubl məbləğində cərimələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Ria- Novosti yayıb. Jurnalın cərimələnməsinə səbəb isə xarici hesab məlumatlarının gec təqdim edilməsi olub.
Rusiya Jurnalistlər İttifaqı bunun Rusiya tarixində media üçün ən böyük cərimə olduğunu qeyd edib.
Bütün bunlara baxmayaraq "The New Times" dərgisi cəriməni ödəmək üçün oxucularına müraciət edib və 1 həftə ərzində 27 milyon rubl-dan çox vəsait toplanıb.