Xəbər lenti

Rusiya terrorçuları edam edəcək
Dünya14:30 24.03.2016

Rusiya terrorçuları edam edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Dmitri Nosov terrorçular üçün ölüm hökmü çıxarılmasını nəzərdə tutan qanun layihəsi hazırlayır.

Qaynar.info azvision.az-a istinadən bildirir ki, deputatın sözlərinə görə, həmin layihədə terrorçular üçün ölüm hökmünün çıxarılması da öz əksini tapacaq.

"Hesab edirəm ki, SSRİ, yaxud İsrail təcrübəsi ilə getmək lazımdır. Terrorçular üçün yalnız edam hökmü çıxarılmalıdır", - Nosov deyib.

Onun sözlərinə görə, ölüm hökmü yalnız günahı sübut olunan terrorçular üçün deyil, həm onları bu cinayətə cəlb edənlərə, həm də havadarlarına qarşı çıxarılmalıdır.

Qaynar.info