
Qara dənizə keçən ABŞ hərbi gəmiləri iki ölkə arasında narahatlıq yaratdı
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni hədələyərək Qara dənizə keçən ABŞ hərbi gəmiləri ilə bağlı Ankaranı tənqid edib. Onun sözlərinə görə, Montrö müqaviləsinə zidd olaraq həmin gəmilərə müqavilədə müəyyənləşdirilmiş müddətdən daha çox qalma haqqı tanınıb.
ANS PRESS-in məlumatına görə, Sergey Lavrovun bu iddialarını Ankara cavabsız qoymayıb və sərt reaksiya göstərib. Türkiyə rəsmiləri Rusiyanın iddiasının heç bir şəkildə doğru olmadığını, gəmilərin keçidinin və Qara dənizdə qalma müddətinin tamamilə Montrö müqaviləsinə uyğun olaraq gerçəkləşdirildiyini vurğulayıblar.Qaynar.info