Rusiya Türkiyədən PUA-lar ala bilər.
Qaynarinfo xəbər verir ki, bunu "National İnterest”in yazarı Piter Suçiu iddia edib.
Piter bu iddia ilə "Türk PUA-larının sonuncu müştərisi: Rusiya” adlı məqaləsində çıxış edib.
Onun sözlərinə görə, Rusiyanın türk PUA-larına marağına heç nə əngəl ola bilməz.
"Türk PUA-larının çox sayda Rusiya hava müdafiə sistemlərinin məhv edilməsində istifadə olunduğu bildirilmişdi. Moskva bu iddialara etiraz etdi. Ancaq bu, Rusiyanın türk PUA-larına marağına əngəl ola bilmədi. Rusiyanın silah idxalını artırmasına baxmayaraq, Moskvanın Türkiyənin hərbi texnikalarının, xüsusən də PUA-ların alıcısına çevriləcəyi barədə xəbərlər də yayılır”.
Xəyal