Xəbər lenti

Rusiya Türkiyəyə uçuşlara qoyulan qadağanı uzatdı
Dünya19:51 31.05.2021

Rusiya Türkiyəyə uçuşlara qoyulan qadağanı uzatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Türkiyə ilə avialəqəyə qoyulan qadağanı iyunun 1-dən sonra da uzadacaq.
Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahındakı mənbədən bildirilib.
"Uçuşlara qoyulan qadağa uzadıldı”, - deyə mənbə məlumat verib.
Qeyd edək ki, Türkiyəyə uçuşlarla bağlı qadağa qərarı hazırda sabahadək qüvvədədir.
Xatırladaq ki, Rusiya aprelin 15-dən iyunun 1-dək koronavirusa yoluxma sayında artıma görə Türkiyə ilə aviaəlaqəni dayandırıb.