Xəbər lenti

Rusiya Ukraynanı bölmək üçün Polşaya müraciət etdi - ŞOK
Dünya07:02 24.03.2014

Rusiya Ukraynanı bölmək üçün Polşaya müraciət etdi - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ukrayna yalnız mərkəzi hissədən ibarət olmalıdır”

Rusiya Dövlət Dumasından Polşa Xarici İşlər Nazirliyinə Ukraynanın bölünməsini nəzərdə tutan rəsmi məktub göndərilib.
 
APA-nınPolşanın TVP1 kanalına istinadən verdiyi məlumata görə, RusiyanınLiberal Demokratlar Partiyasının lideri, Dövlət Dumasının sədr müaviniVladimir Jirinovski Polşaya Ukraynanın Volın, Lvov, İvano-Frankovsk,Ternopol və Rovno vilayətlərində həmin ərazilərin Polşaya mənsub olmasıilə bağlı referendum keçirməyə təklif edib.
 
PolşaXİN bu təklifdən hiddətlənib və bu cür bəyanatları “qəribə” adlandırıb.Eyni “təklifləri” Macarıstan və Rumıniya da alıb. Onlara müvafiq olaraqZakarpatye və Çernovtsı vilayətlərini özlərinə birləşdirmək təklifolunur.
 
Ukraynaya isə yalnız mərkəzi hissə qalmalıdır.
 
Qeyd edək ki, bundan əvvəl V. Jirinovski Dövlət Dumasının tribunasından Ukraynanın parçalamasına çağırıb.
 
O bildirib ki, Kiyev heç vaxt dövlətin federallaşmaya razılaşmayacaq, çünki bu halda Kiyev heç nəyi idarə edə bilməyəcək.
 
O vurğulayıb ki, Ukraynanın dövlət qurmaq cəhdləri tarix boyu uğursuzluqla nəticələnib. 

Qaynar.info