Dünya 16:24 04.05.2022

Rusiya Ukraynaya NATO silah daşımalarını hədəf seçdi

Rusiya Qara dənizdəki mövqelərindən Ukraynaya iki qanadlı raketlə zərbə endirib.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi paylaşdığı video görüntülərdə bildirib. 

Müdafiə Nazirliyi raketlərin Ukraynadakı yerli hədəfləri vurduğunu deyib. 

Rusiya müdafiə naziri Sergey Şoyqu bir daha Ukraynaya Qərb ölkələrindən gətirilən silah konvoylarının vurulacağını deyib. 

"ABŞ və onun NATO tərəfdaşları Ukraynaya silah daşımağa davam edir. Biz Şimali Atlantika Alyansının Ukrayna ordusu üçün silah və materiallar gətirən istənilən vasitəsini məhv edilməsi lazım olan hədəf kimi görürük”, deyə Şoyqu bildirib.

Rusiya Müdafiə Nazirliyi həmçinin Ukraynanın şərqində ölkə ordusuna Qərb silahları daşınması üçün istifadə edilən 6 dəmir yolu stansiyasını partladığını bildirib. 

Nurlan