"İran İslam Respublikası heç bir hərbi bazasını Rusiyanın sərəncamına verməyib".
Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani deputat Heşmətullah Falahatpişenin "Həmədandakı hərbi bazada rus hərbçilərinin yerləşdirilməsi İran konstitusiyasına ziddir" bəyanatına cavab olaraq bildirib.
Qeyd edək ki, avqustun 16-da Rusiyanın "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələri İranın Həmədan bölgəsində hərbi aerodromundan qalxaraq, Suriyanın üç əyalətində terrorçu İŞİD qruplaşması və "Cebhat-ən-Nusra"nın mövqelərinə zərbə endiriblər.
Bundan əvvəl İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani isə Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün şuranın infrastrukturunu Rusiyanın istifadəsinə verəcəyini söyləyib. Onun sözlərinə görə, Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq üçün Moskva ilə Tehran arasında strateji tərəfdaşlıq anlaşması mövcuddur. Katib bu tədbirin həmin razılaşma çərçivəsində reallaşacağını bildirmişdi.
Rəsmi Moskva da Rusiuyanın iranda hərbi baza yerləşdirməsi xəbərini "uydurma" adlandırıb. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, amerikanlar BMT Təhlükəsizlik Şurasının 2231-ci maddəsini diqqətlə oxumalıdırlar. Deyilib ki, Rusiyanın bu sənədi pozduğuna görə ittiham edilməsi əsassızdır. "Müvafiq bəndin Rusiyanın İrandakı təyyarələrinə heç bir aidiyyatı yoxdur.
Qızılgül
Qaynarinfo.Az