Rusiyanın Voronej şəhərində azərbaycanlılara hücum edilib. Ermənistan mətbuatının verdiyi xəbərə görə, hadisə axşamı saatlarında azərbaycanlıların "Görüş” kafesində baş verib.
Bir qrup maskalı şəxslər əllərində dəyənəklərlə kafeyə hücum çəkib: atəş açıblar, mebelləri dağıdıblar, insanları döyüblər. Hadisə nəticəsində 2 nəfər xəstəxanaya düşüb. Bunlardan biri kafenin sahibi, digəri isə rus ziyarətçi olub.
Hadisədən 1 gün sonra 6 şübhəli şəxs tutululması haqqında polisə məlumat daxil olub. Qrupun qalan üzvləri axtarılır, Faktla bağlı "Qrup halında əlbir həyata keçirilmiş xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Kafenin işçiləri dəri və saçlarının rənginə görə onlara hücum olunduğunu bildiriblər. Onların sözlərinə görə: "Həmin axşam zal insanla dolu idi. Bunların da əksəriyyəti xaricilər idi.