Xəbər lenti

Rusiyada azərbaycanlını belə döyüb öldürdülər - VİDEO
Ölkə08:14 25.06.2014

Rusiyada azərbaycanlını belə döyüb öldürdülər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

34 yaşlı kişiyə hücum anbaan kameraya düşüb.

Rusiyada azərbaycanlı gənc öldürülüb. Anspress-in məlumatına görə, hadisə Moskvada baş verib. 6 skinhed küçənin ortasında Z.A adlı 34 yaşlı azərbaycanlıya hücum edib. 34 yaşlı kişi döyülərək öldürülüb.  Hücum anı təhlükəsizlik kamerasına düşüb. 

Hadisə gündüz saatlarında hər kəsin gözü qarşısında baş verib. Təpik, sillələrlə azərbaycanlını vəhşicəsinə döyənlər daha sonra hadisə yerindən qaçıblar. Ətrafdakılar baş verənləri soyuqqanlıqla izləyiblər. 

Xəstəxanaya çatdılan şəxsi isə xilas etmək mümkün olmayıb. Faktla bağlı 3 nəfər saxlanılıb. Digər 3 skinhedin saxlanması üçün əməliyyat başlayıb. 

Polisin məlumatına görə, hücumcular narkotik satanlarla mübarizə aparan qanunsuz qruplaşmanın üzvü olublar. Onlar azərbaycanlı kişinin də narkotik maddə satdığını düşündükləri üçün ona hücum ediblər. 

Qaynar.info