Xəbər lenti

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıdan xəbər var
Ölkə05:27 15.01.2018

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Xabarovsk vilayət məhkəməsində  pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.   
Qaynarinfo-nun APA-ya istinadən verdiyi xəbərə görə, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir. 
Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3  vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar.  
Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. 
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.