Xəbər lenti

Rusiyada döyüş təyyarəsi qəzaya uğradı
Dünya14:30 19.09.2018

Rusiyada döyüş təyyarəsi qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada Mig-31 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın RT kanalı məlumat yayıb. Qəza Nijni Novqorod vilayətində baş verib.
Təyyarənin təlim uçuşu zamanı düşdüyü bildirilir. İlkin məlumata görə, hadisə baş verərkən pilotlar təyyarədən çıxamağı bacarıblar. Onlar hərbi baza ilə əlaqə saxlayıblar. Pilotların yaxınlıqdakı meşəyə düşdüyü ehtimal edilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəza texniki nasazlıq səbəbindən verib.