Xəbər lenti

Rusiyada hərbi xidmətə çağırış məntəqələri yandırılır - Businessinsider
Dünya10:55 18.05.2022

Rusiyada hərbi xidmətə çağırış məntəqələri yandırılır - Businessinsider

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada naməlum şəxslər hərbi xidmətə çağırış məntəqələrinə molotov kokteyli ilə hücum edirlər.
Qaynarinfo "İnsider” saytına istinadla xəbər verir, bu barədə "The Moscow Times” məlumat yayıb. 
Sayt Rusiyanın yerli mediasına əsasən xəbər verir ki, Rostov əyalətinin Qukovo şəhərində qara paltarlı bir kişi çağırış məntəqəsinə molotov kokteyli atıb. 
Times yazır ki, şənbə günü eyni şəkildə hücum Moskvanın cənubundakı Ryazanda baş verib. Hücum nəticəsində məntəqənin pəncərəsi sınıb, girişində isə yanğın qeydə alınıb.
Daha bir hücum isə Volqoqrad şəhərindəki hərbi xidmətə çağırış məntəqəsində qeydə alınıb. Məntəqənin zirzəmisində yanğın qeydə alınıb və hadisə yerində sınmış butulka tapılıb. 
Bundan əlavə, Rusiyanın bir sıra şəhərlərindəki hərbi baza və yanacaq məntəqələri kimi strateji yerlərdə də yanğınlar qeydə alınır. 
Rusiyalı hərbi ekspertlər baş verənlərin Ukrayna sabotaj qurupu tərəfindən törədildiyini ehtimal edirlər. Ancaq hələ ki ortada buna dair sübut yoxdur. 
Azadlıq radiosu bildirib ki, Ukraynada müharibəyə başladığı 24 fevraldan bu yana Rusiyada 10 hərbi çağırış məntəqəsinə hücum olub. 
Nurlan Hüseynov