Xəbər lenti

Dünya 17:58 20.04.2024

Rusiyada həyacan: Su basmış bölgələr malyariya virusu riski altındadır

Rusiyanın yaz daşqınlarından zərər çəkmiş Kurqan, Orenburq və digər bölgələri malyariya epidemiyası təhlükəsi ilə üzləşib. 

Qaynarinfo xəbər verir ki, bunu "RİA Novosti"yə biologiya elmləri namizədi Dmitri Fedorov deyib.

"Su basmış düzənliklər və istiləşmiş dayaz sular qansoran həşəratların, müxtəlif növ ağcaqanadların, o cümlədən malyariya və digər yoluxucu xəstəliklər daşıyanların kütləvi şəkildə çoxalması üçün çox yaxşı ekoloji mənbədir", deyə Fedorov bildirib.

Ekspert izah edib ki, bağ evlərində su basan tualet və zibilxanalar da ərazidə insanlar və heyvanlar üçün yoluxucu xəstəliklərə səbəb ola bilər. Bundan əlavə, daşqın zamanı Afrika donuz taunu təbii ocaqları su altında qala, bu səbəbdən xəstəlik yerli çöl donuzlarında özünü göstərə bilər.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->