Müasir
Rusiyada korrupsiya dövləti xəyanətlə eyniləşdirilməlidir.
Qaynarinfo
xəbər verir ki, Rusiya İctimai Təşəbbüsünün (ROİ) veb saytında yerləşdirilən
petisiyanın müəllifi buna əmindir.
O yazır
ki, korrupsiya səbəbindən ölkəyə çox böyük iqtisadi ziyan vurulur, sosial gərginlik
artır və sosial partlayış üçün ilkin şərtlər yaradılır. Petisiyaya görə, korrupsiya
səviyyəsinin azaldılması Rusiyaya bir sıra iqtisadi və sosial problemləri həll
etməyə kömək edəcək.
Müəllif
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsinin "Dövlətə xəyanət"
bəndinə korrupsiyanı dövləti xəyanət sayan bir bənd əlavə etməyi təklif edib.
Müraciət
hələ ki, 400-dən çox istifadəçi səsi alıb.
Alpər
Şərhlər