Xəbər lenti

Rusiyada məhkəmə “Azov” alayını "terror təşkilatı" kimi tanıdı
Dünya12:13 02.08.2022

Rusiyada məhkəmə “Azov” alayını "terror təşkilatı" kimi tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının Ali Məhkəməsi Ukraynanın "Azov” alayını "terror təşkilatı” kimi tanıyıb. Onun fəaliyyəti Rusiya ərazisində qadağan edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna "RİA Novosti”yə istinadən məlumat yayıb.
"Azov” taboru terror təşkilatı kimi tanınsın və onun Rusiya ərazisində fəaliyyətini qadağan edilsin”, - Rusiya informasiya agentliyi hakimin qərarından sitat gətirir. 
Bildirilir ki, iclas qapalı rejimdə keçirilib və məhkəmə prosesinin Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə baş tutduğu bildirilir.
Qeyd olunur ki, bu qərar "qüvvəyə minməsini gözləmədən dərhal icra olunacaq”.
Nizami Bağırov