Xəbər lenti

Rusiyada milyarder rüşvət verdiyinə görə həbs edildi
Dünya13:19 22.08.2024

Rusiyada milyarder rüşvət verdiyinə görə həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Nijni Novqorod şəhərində milyarder, xeyriyyəçi və keçmiş deputat Dmitri Volodin rüşvət verməkdə şübhəli bilinərək saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə avqustun 21-də baş verib. Mənbə bildirib ki, biznesmen Rosreestr əməkdaşına rüşvət verməkdə şübhəli bilinərək saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bütün gecəni bu işlə bağlı axtarışlar aparıblar. Digər təfərrüatlar və hallar açıqlanmır.
Bildirilir ki, Volodin "Ədalətli Rusiya"nın regional bölməsinin deputatı olub. Onun ölkədə ondan çox sayda şirkəti var.
Aydın