Rusiyanın Orenburq bölgəsindəki Kapitonovskoye neft yatağında güclü yanğın olub.
Qaynarinfo mk.ru-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında meydana gəlib. Xəsarət alanların olmadığı bildirilir. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Əraziyə 51 yanğınsöndürən və 16 texnika cəlb edilib.