Rusiyada qismən səfərbərlik başa çatıb.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib.
Qismən səfərbərlik çərçivəsində müxtəlif səviyyəli icra hakimiyyəti orqanlarının 1 300-dən çox nümayəndəsi hərbi xidmətə çağırılıb.
Səfərbərlik çərçivəsində 13 min nəfər könüllü olaraq orduya yazılıb.