Sentyabrın 22-nə keçən gecə ruslar Samara vilayətində Tolyatti şəhər administrasiyasını yandırmağa cəhd ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-i
Rusiya Daxili İşlər Nazirliyinin şərhinə istinadən məlumat yayıb.
"Sentyabrın 22-nə keçən gecə naməlum şəxslər Belorusskaya küçəsi, 33 ünvanında yerləşən inzibati binanın girişini yandırıblar. Hazırda Tolyatti şəhərinin Daxili İşlər İdarəsi bu faktı araşdırır", - məlumatda deyilir.
KİV-in məlumatına görə, aprelin əvvəlində naməlum şəxslər bu binanın fasadını qırmızıya boyamışdılar.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də səhər saatlarında ruslara müraciətində qismən səfərbərlik elan edib. Onun sözlərinə görə, bu, "ölkəni qorumaq üçün” lazımdır.
Səhər ruslar qismən səfərbərliyə etiraz etmək üçün axşam saatlarında küçələrə çıxmağı planlaşdırıb.
OVD-İnfo insan haqları media layihəsinin bildidiyinə əsasən, saat 21:45-ə olan məlumata görə, Rusiyanın müxtəlif şəhərlərində səfərbərliyə qarşı keçirilən etiraz aksiyalarında azı 1176 nəfər saxlanılıb.
Alpər