Rusiyanın İnquşetiya Respublikasında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb.
	
"Qaynarinfo" metbuat.az-a istinadən bildirir ki, hadisə Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında baş verib.
	
 
İnsident nəticəsində iki Yol-Patrul Xidmətinin əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
	
Məlumata əsasən, hadisədə əli olduğu güman edilən daha bir şəxs blok-postun yaxınlığında yerləşən fərdi evlərdən birində gizlənib. Hazırda onun saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.
 
Qaynarinfo.Az
             
            
Şərhlər