Xəbər lenti

Rusiyada yeni qoşun növü yaradılacaq
Dünya06:30 18.12.2020

Rusiyada yeni qoşun növü yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələcəkdə Rusiyanın hava-desant qoşunlarının tərkibində hava-desant birləşmələri yaradılacaq.
Məlumata görə, bu, qoşun birləşmələrinin hərəkətlərini dəstəkləmək də daxil olmaqla hər cür mürəkkəb problemləri həll etməli olan tamamilə yeni qoşun növü olacaq. 
Qaynarinfo "İzvestiya”ya istinadla xəbər verir ki, bu haqda Hava-desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov bildirib.
Bu qoşunlar döyüş tapşırığı sahələrində işləyəcək, onların qarşısında düşmən xətlərinin arxasında müstəqil şəkildə döyüş əməliyyatları aparmaq, qurudan atəşlə havadan zərbəni birləşdirmək vəzifəsi duracaq. 
Hərbi aviasiya desant qüvvələrinin heyətini düşmən atəşindən qoruyacaq və yerdəyişməni sürətləndirəcək.
 
Alpər