Xəbər lenti

Rusiyada yük maşını hərbi avtobuslara çırpıldı - 4 hərbçi öldü
Dünya15:08 11.01.2021

Rusiyada yük maşını hərbi avtobuslara çırpıldı - 4 hərbçi öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo "RİA Novosti”yə istinadən verdiyi xəbərinə görə, hərbçiləri daşıyan avtobus karvanı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 4 hərbçi ölüb, xeyli insan xəsarət alıb. Xəsarət alanlardan 21-i xəstəxanaya yerləşdirilib.  
Rusiya Müdafiə Nazirliyi hərbçilərin ölümünü təsdiqləyib.
İlkin məlumata görə, qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.