
“Suriyaya mümkün hərbi müdaxilə bütün Yaxın Şərq regionu üçün təhlükəli nəticələr doğura bilər”.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon söhbətində deyib.
“ABŞ administrasiyasının ayrı-ayrı nümayəndələrinin ötən həftə Şərqi Qutada ehtimal olunan kimyəvi silah tətbiqində Suriya hökumətinin əli olduğunun isbatlanmasına dair açıqlamaları xüsusilə heyrət doğurur. ABŞ-ı Dəməşqə qarşı güc yolu ilə təzyiqdən çəkinməyə, təxribatlara uymamağa, Suriyada olan BMT ekspertlərinin hərtərəfli, obyektiv və tərəfsiz araşdırma aparması üçün normal şərait yaradılmasına dəstək verməyə çağırırıq”.Qaynar.info