Rusiya Strateji Raket qüvvələrinin sabiq başçısı Viktor Yesin ölkəsinə qarşı hər hansı bir hücum zamanı ABŞ-ın müdafiə sistemlərinin ilk hədəf olacağını deyib.
Axar.az xəbər verir ki, iki dövlət arasında müharibə riskindən danışan mütəxəssis bunu üçün Rusiyanın hərbi planının artıq hazır olduğunu bildirib:
“ABŞ müdafiə sistemlərinin Rumıniya hissəsi Vaşinqtonun Moskvaya qarşı hücumu vəziyyətində ilk hədəf olacaq”.
Bu arada İnterfaks-a danışan Rusiya Strateji Raket qüvvələri Komandanlığının sözçüsü İqor Denisov məlumatları təsdiq edib. Onun sözlərinə görə, qatar yollarında hərəkətli nüvə mərmilərinin yaradılması üçün də işlər görülür.
Denisov 5 mərhələli layihəyə start verildiyini qeyd edib.
Qaynar.info