Xəbər lenti

Rusiyadan Azərbaycana iki aviareys dayandırıldı
Ölkə09:11 03.01.2018

Rusiyadan Azərbaycana iki aviareys dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia” aviaşirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini ləğv edib.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub. Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Sankt-Peterburq - Qəbələ və Jukovski - Gəncə reyslərinə icazə ləğv edilib.
Bu qərara daşıyıcı tərəfindən uçuşların müəyyən edilmiş müddət ərzində həyata keçirilməməsi səbəb olub.
Qeyd edək ki, "VİM-Avia” ötən ilin oktyabrında borcları ilə əlaqədar olaraq bütün uçuşları dayandırmışdı.