
Rusiya vətəndaşı Maksim Boyko, eləcə də Latviya, Bolqarıstan, Belçika, Rumıniya və Gürcüstandan olan 14 yoldaşı ABŞ-da kiber fırıldaqçılıq şübhəsiylə həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu haqda Amerika Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, onlar əslinə hələ mart ayında sərhədlərarası QQAAZZ cinayət şəbəkəsinin fəaliyyətində olduqları üçün həbs olunublar, ancaq bu, yalnız indi məlum olub.
Kiber cinayətkarlar "ABŞ-da və digər ölkələrdə onlayn yolla oğurlanan pulların yuyulması üçün əlbir olmaqda" ittiham olunurlar.
Rusiyadan olan 30 yaşlı şübhəlinin "Qanqas” ləqəbi ilə hərəkət etdiyi qeyd olunur. O, bu il yanvarın 19-da həyat yoldaşı ilə ABŞ-a gedib.
Alpər