Xəbər lenti

Rusiyalı general Palmirada minaya düşdü
Ölkə16:20 03.03.2017

Rusiyalı general Palmirada minaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyanın Palmira şəhəri uğrunda döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin generalı ağır yaralanıb.

Fontanka.ru saytı xəbər verir ki, Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Palmira yaxınlığında minaya düşüb. Nəticədə ayaqlarını və bir gözünü itirib.

Sayt hadisənin 1 həftə əvvəl baş verdiyini və generalın Moskvadakı Burdenko adına hospitala gətirildiyini yazıb. “O, bizdədir. Bundan artıq nəsə deməyə hüququmuz yoxdur”, - deyə hospitalın 56-cı şöbəsindən bildirilib.(virtualaz.org)

Qaynar.Az